Keçmiş məcburi köçkünlərə müavinətin verilməsi nə vaxt dayandırılacaq?

media-hightechnic-468x90

Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq.

Yenicag.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.

 

Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:

“Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılır”.

Qeyd edək ki, müavinətin ödənişi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa