!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş məhkum Maştağa sakinini güllələdi - Video

!Reklam – Yazi

Bakıda güllələnmə faktı qeydə alınıb.

ARB TV xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri təxirsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ədalət Babayev saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Ədalət Babayev – Saxlanılan şəxs: “Qonşuluqda Elnur var idi. Münasibətlərimiz yaxşı deyildi. Gəlirdi mənə sataşırdı, təhqir edirdi. Mənim də evdə silahım var idi. Keçdi qabağıma dedi ki, səni vuraram. Hirsləndirdi məni, çıxarıb vurdum”.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Yenicag.az

www.yenicag.az

1121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv