Keçmiş məhkum yarımstansiyadan oğurluq etdi

Bakıda yarımstansiyadan 73 800 manatlıq oğurluq olub.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73 800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.