Keçmiş məhkumdan narkotik götürüldü

media-hightechnic-468x90

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elnur Nəbiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və tiryək aşkarlanıb.

Davam etdirilən tədbirlərlə E.Nəbiyevin şəhər ərazisindəki köhnə tikilidə gizlətdiyi 450 qram qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə E.Nəbiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600