!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş polis rəisindən XƏBƏRDARLIQ: “Uşağınıza yiyə durun” – VİDEO

!Reklam – Yazi

“Polis öz işini görür, ancaq bu, o demək deyil ki, valideynlər səhlənkarlıq etməlidirlər”.

İyunun 4-də 3 yaşlı Zəhranın itkin düşməsi və yalnız üç gün sonra tapılması azyaşlıların valideynlər tərəfindən nəzarətsiz buraxılması səbəbindən yaranan problemləri yenidən aktuallaşdırıb.

Zəhranın nəzarətsiz qalaraq evdən uzaqlaşması və yekunda dilənçiliyə cəlb edilməsi valideyn səhlənkarlığının doğurduğu nəticənin ağırlığını bir daha ibrətli şəkildə ortaya gətirib.

Bu olay həm də nəzarətsiz qalan uşaqların necə asanlıqla “dilənçi mafiyası”nın caynağına keçə biləcəyini əyani surətdə təsdiqləyir. Düzdür, Zəhra hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər sayəsində tapılaraq, ailəsinə təhvil verilib.

Ancaq az qala hər addımda azyaşlı dilənçilərlə rastlaşmağımız izsiz-soraqsız yoxa çıxan uşaqların aqibətinin Zəhra olayında olduğu kimi, xoşbəxt sonluqla bitmədiyini göstərir.

Mövzu ilə bağlı Yenicag.az-a danışan keçmiş polis rəisi Mahmud Hacıyev hesab edir ki, belə hadisələr zamanı önə çəkilməli olan məqam uşaqların dilənçiliyə cəlb olunmaları deyil, insan oğurluğu faktıdır:

“Cəmiyyət olan yerdə cinayət də olmalıdır. Burada uşağın dilənçiliyə sövq edilməsini əsas məqam kimi götürürlər. Lakin əsas fakt insan oğurluğudur. Məsələyə bu konteksdən yanaşmaq lazımdır.

İnsan oğurluğu cinayət tərkibli ən ağır əməl sayılır. Başqa bir rayonun ərazisində yaşayan qadın qeyri ərazidə yaşayan uşağı oğurlayır və tamah məqsədi ilə istifadə edir, diləndirir. Bu insan oğurluğudur”.

Müsahibimiz bildirib ki, belə xoşagəlməz hadisələrin baş verməsində ən böyük məsuliyyət valideynlərin üzərinə düşür.

“4-5 yaşlı qız uşağı hara gedir, valideynin xəbəri yoxdur. Uşağınıza yiyə durun. Kriminal hadisə baş verib, polis öz işini görür. Ancaq bu, o demək deyil ki, valideynlər səhlənkarlıq etməlidirlər. Yox, valideyn də övladlaraına qarşı diqqətli olmalıdır”.

Keçmiş polis rəisi dilənçiliklə mübarizənin gücləndirilməsini vacib sayır:

“Dilənçilik inzibati xətadır. Aparırlar, cərimələyib, buraxırlar. Dilənçilərlə də mübarizəni kəskinləşdirmək lazımdır”.

Cəvahir

www.yenicag.az

8289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv