Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Keçmiş sədrin tikdirdiyi nəhəng otel əlindən alındı – FOTOLAR

e“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Etibar Pirverdiyevin daha bir obyektində işlər dayandırılıb.

AzNews.az-ın məlumatına görə, Quba rayonu, Xınalıq yolunun üstündə məşhur “Qalaaltı” adlanan ərazidə (Küsnətqazma kəndi) inşa etdirdiyi nəhəng otel kompleksinin tikintisi yarımçıq saxlanılıb.

Ərazidə yaşayanların sözlərinə görə, obyekt sahibi vəzifəsini itirəndən bir müddət sonra əraziyə giriş bağlanılıb, inşaat işlərinə son verilib: “Burada işlər çox sürətlə aparılırdı. Otel kompleksinin tez ərsəyə gəlməsi üçün bir neçə briqada çalışırdı. Lakin Etibar Pirverdiyev vəzifəsini itirəndən sonra işlər tamamilə dayandırıldı. Artıq xeyli müddət idi ki, burada heç kim olmurdu. Son günlər isə əvvəllər burada görmədiyimiz, tanımadığımz insanlar baxış keçirirlər. Deyilənə görə otel başqasının əlinə keçib”.

Qeyd edək ki, E. Pirverdiyevin müxtəlif rayonlarda otel və restoran şəbəkələri olub. Əslən Qusar rayonundan olan keçmiş ASC sədri özünün biznes imperiyasını əsasən şimal rayonlarında, xüsusən Qubada cəmləşdirmişdi.

Adı vəzifə səlahiyyətlərini aşmaqda, ciddi korrupsioner əməllərdə hallanan Pirverdiyevin səlahiyyətləri cari ilin fevralında Prezidentin “Bakıelektrikşəbəkə”nin adının dəyişdirilməsiylə bağlı imzaladığı sərəncamdan sonra əlindən alınıb.



www.yenicag.az

198