Kəlbəcərdə hərbçilərimiz minaya düşdülər - YENİLƏNDİ
Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.
Yenicag.az-ın “Unikal”a istinadən məlumatına görə, rayonun Vəng kəndi ərazisində “Ural”markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar – 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Qeyd edək ki, minaya düşən “Ural” markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.
***05.08.2025 // 22:52
Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.
O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.