!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəlbəcərdə traktor aşdı: Sürücü xəsarət aldı

!Reklam – Yazi

Kəlbəcər rayonunda traktor aşıb, sürücü xəsarət alıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub: “Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayon sakini, 1968-ci il təvəllüdlü Feyruz Bayramov Naftalan şəhər Yol İdarəsinə məxsus traktor ilə qar uçqunu altında qalmış yolun açılması zamanı aşıb və nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal sürücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı tromotik amputasiya edilib”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv