Kəlbəcərdə uçqun altında qalaraq həlak olan hərbçi dəfn edildi

media-hightechnic-468x90

Kəlbəcər rayonunda iyulun 15-də bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib.

Yenicag.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib.

Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, qulluq etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti, Zaqatala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Vida mərasimindən sonra Y.Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu Yunis Abbasov Kəlbəcərdə uçqun altında qalaraq həlak olub. O, ailəli idi, üç övladı var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600