Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kəlbəcərə yeni yolun çəkilişinə nə vaxt başlanılacaq? - AÇIQLAMA

“Kəlbəcər rayonuna Gəncə-Toğanalı yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.

“Gələn ay həmin yolun tikintisinə başlanılacaq. Hələlik düşmən qonşumuzla yaşayışı təmin edənə qədər biz bu yoldan istifadə edəcəyik. Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə edə bilirik. Yeni yolla bağlı 2 aydır ki, layihələndirilmə işləri aparılır. Bu işlərə Türkiyə şirkəti də cəlb edilib. Yol I texniki dərəcəyə uyğun, Ömər zirvəsinə qalxmadan çəkiləcək. Bu, tunel olacaq və onun uzunluğu 12 km-ə qədər nəzərdə tutulur. Lakin layihələndirmədən sonra az da ola bilər”, – o deyib.

Loading...

www.yenicag.az

78