!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəlbəcərin işğalından 24 il ötür

!Reklam – Yazi

Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümüdür.

Yeniçağ.Az xəbər verir ki, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb.

İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edildi, lakin həmin qətnamələr də kağız parçası olaraq qalır.

Yeniçağ.Az

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv