“Kənd təsərrüfatı ilində ciddi heç nə olmayacaq”

media-hightechnic-468x90

Niva_1Ənvər Əliyev: “Bir il ərzində bu mümkün deyil”

Cari il ölkəmizdə kənd təsərrüfatı ili elan olunub. Bu isə o deməkdir ki, 2015-ci ildə sözügedən sahəsə əsaslı nəticələr əldə etmək lazımdır. Görəsən, bunu etmək mümkün olacaqmı?

Kənd təsərrüfatı üzrə ekspert Ənvər Əliyev Yenicag.az-a açıqlamasında 1-2 ilə aqrar sektorda hansısa dönüş yaratmağın mümkün olmayacağını diqqətə çatdırdı: “Sovet dövründə yaşayan nəsil bilirdi ki, kənd təsərrüfatında əsas problem heyvandarlıqda lazımı nəticələrin əldə olunmamasıdır. Sovet dönəmində 40 dəfəyə yaxın kənd təsərrüfatı məsələsi ən yüksək səviyyədə müzakirə olunsa da, nəticəsi olmadı. Yenə də xaricdən yağ alınırdı, mağazalar isə boş idi. Bunun da səbəbi mexanizmin düzgün qurulmamasında idi. Sovet hökuməti dünya qara torpağının 70 faizinə və ən gözəl iqlim şəraitinə sahib olsa da, kənd təsərrüfatı, xüsusən heyvandarlıqda ziyan çəkməkdə davam edirdi. Bu sahədə idxal ümidinə qalan respublikalardan biri də Azərbaycan idi. Amma ümumilikdə götürəndə, Azərbaycan tarixən heyvandarlığın vətəni olub. 10-11 min il əvvəl Qobustan qayalarında heyvanla şəkil çəkdirənlərin hazırki nəsli indi gedib Hindistan, Çindən mal-qara gətirir. Bu iqtisadi ironiyadır. Cari il kənd təsərrüfatı ili elan olunsa da, bu sahədə o qədər də ciddi nəticələr hasil olunmayacaq. 1 il ərzində kənd təsərrüfatında əsaslı şəkildə nəsə etmək də mümkünsüzdür. Bütün dünyada gözəl bilirlər ki, bitkiçilik və heyvandarlıqda inkişafın əldə olunması üçün azı 4-5 il lazımdır. Heyvandarlıqda cins mal-qara, onların xüsusən proteinlə zəngin yem ehtiyatının əldə olunması, heyvandarlıq komplekslərinin müasir şəraitə uyğun tikilməsi, gigiyenik tədbirlər bir-iki ilə öz həllini tapan məsələ deyil. Hər şeydən öncə yüksək kənd təsərrüfatı mədəniyyətinə sahib olmaq gərəkdir. Azərbaycan hökuməti ölkədə kənd təsərrüfatının inkişafı haqqında 5-10 illik dövlət proqramı hazırlamalıdır”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600