“Kəpəz”in İdarə Heyətinin üzvü klubdan ayrıldı

media-hightechnic-468x90

“Kəpəz”in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşaviri Erkin İbrahimov klubdan ayrıldığını təsdiqləyib.

Yenicag.az xəbər verir ki, klub rəsmisi bu barədə Report-a açıqlamasında bildirib.

O, vəzifəsindən ayrılmaqla bağlı qəti qərar verdiyini söyləyib:

“Kağız üzərində hələ ki, klubdayam. Sadəcə, həftəsonu olduğu üçün rəsmi prosedurları həyata keçirə bilməmişdim. Rəhbərlik artıq bu barədə məlumatlandırılıb. Vəzifəmdən ayrılmaqla bağlı qərarım qətidir və birinci gün ərizəmi kluba təqdim etməyi planlaşdırıram”.

E.İbrahimov ayrılmasının səbəbləri haqqında sualı da cavablandırıb:

“Öz istəyimlə ayrılıram. “Kəpəz”də çalışmaq istəmirəm. Bəziləri düşünür ki, qərar verməkdə tələsmişəm. Amma mən düşünürəm ki, əslində gecikmiş qərardır. Həm futbolda, həm də həyatda öz prinsiplərim var və buna görə yaşayıram. Düşünürəm ki, verdiyim qərar “Kəpəz”də çalışan hər bir əməkdaşın, sıravi işçilərin xeyrinə olacaq”.

Qeyd edək ki, E.İbrahimov bu ilin mayında “Kəpəz”in İdarə Heyətinin üzvü və idman məsələləri üzrə müşavir təyin olunmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600