Kərə yağı bazarında BAHALAŞMA DALĞASI: Rüsum artımı süfrələrimizə necə zərbə vuracaq?

media-hightechnic-468x90

Azərbaycanda kərə yağı bazarında yeni qiymət artımı dalğası gözlənilir. İdxal rüsumunun 5 faizdən 15 faizə qaldırılması xarici məhsulların maya dəyərini yüksəldir və bu artımın birbaşa istehlakçıya ötürüləcəyi artıq qaçılmaz görünür.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, idxal rüsumunun artırılması gətirilən kərə yağlarının qiymətinə dərhal təsir edəcək:

media-g61kedc_1744699750-full

“Azərbaycan bazarında kərə yağına olan tələbatın əhəmiyyətli hissəsi idxal hesabına ödənildiyi üçün rüsum artımı ümumi bazar qiymətlərinə də təsirsiz ötüşməyəcək”.

İqtisadçı qeyd edib ki, yerli istehsal rəqəmləri statistikada yüksək görünsə də, real bazarda təmiz kərə yağı istehsalı iqtisadi cəhətdən sərfəli deyil. Ekspertin sözlərinə görə, ucuz qiymətə satılan məhsulların əksəriyyəti əsl kərə yağı deyil.

“Bu səbəbdən idxal rüsumunun artırılması yerli istehsalı real şəkildə əvəz etmir, əksinə, idxal olunan keyfiyyətli məhsulların qiymətini daha da bahalaşdırır. Azərbaycana gətirilən kərə yağlarının baha olmasının əsas səbəbləri yüksək dünya bazar qiymətləri, logistika xərcləri, valyuta riski və indi də artan idxal rüsumudur. Nəticədə bu qərar inflyasiya şəraitində istehlakçı üçün əlavə maliyyə yükü yaradır və kərə yağının qiymətində yeni artımlara yol açır”.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa