Kərim eks-həyat yoldaşına NİYƏ KÖMƏK EDİR: “Onun təkidi ilə…”
“Ona yaxşılıq edəcəm ki, vaxtilə mənə etdiyi pisliklərindən utansın”.
Yenicag.az xəbər verir ki, bu sözləri Kərim Abbasov “Öz aramızda” verilişində hazırda həbsdə olan keçmiş həyat yoldaşı Təranə Səmədova barədə danışarkən deyib.
Kərim həyat yoldaşının təkidi ilə ona yaxşılıq etdiyini bildirib:
“Mən ona yaxşılıq edəcəm ki, etdiyi pisliklərindən utansın. Deməsin, mən vaxtilə Kərimə haqlı olaraq pisliklər etmişəm. Özünə haqq qazandırmasın. Onu utandırmaq üçün yaxşılıq etmişəm. Yəni ki, sən mənə nələr çəkdirdin, amma əvəzində bu da mənim sənə qarşı atdığım addım. Peşman olub da…
Ara-sıra mənə zəng edir. Maddi kömək istəyir. Başqa nə edə bilərəm ki, qayda var, qanun var. Həyat yoldaşım da deyir, anası, atası, qardaşı, qohum-əqrəbası yoxdur, gözü qapıdadır, ona kömək et. Ən çox da həyat yoldaşımın təkidi ilə bu addımı atıram.
Amma çox pis illər yaşatdı o mənə. O haqsızlığı adlaya bilirəm. İnsan buna nə qədər dözə bilər. Bir var o sözləri üç-beş dost arasında deyəsən, bir də var efirə çıxıb danışasan”.
Nehru












