!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kəsiri olan tələbələr belə aldadılır - VİDEO

!Reklam – Yazi

Sosial şəbəkə dələduzlarının hədəfi bu dəfə tələbələrdir. Tələbələrə kəsirlərinin silinəcəyi vədi verilərək, onlardan ödəniş istənilir. Bunun üçün tələbələrin şəxsiyyət vəsiqələri və universitetlərdəki şəxsi kabinetlərinin kodu istənilir. Qarşılığında isə 35 manat ödəniş tələb edilir.

Yenicag.az-ın məlumatına görə, sosial şəbəkələrdə paylaşılan bu elanlara yazılan şərhlərdən belə qənaətə gəlmək olar ki, müraciət edənlər çoxdur.

Ekspertlər isə deyirlər ki, semestr imtahanlarının balları təkcə elektron kabinetlərə deyil, universitetlərin rəsmi arxivinə də yerləşdirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən ”Xəzər Xəbər”ə bildirildi ki, bu vədlərə inanan vətəndaşlar qarşı tərəfə bank kartı məlumatlarını ötürür və yaxud da göndərilən kart hesabına müəyyən məbləğdə vəsait daxil edirlər. Nəticədə hər iki haldan sonra vətəndaş kiberdələduzluqla üzləşirlər. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar. Vətəndaşlardan belə problemlərlə bağlı müraciət daxil olduqda aidiyyəti üzrə araşdırmalar aparılır və tədbirlər görülür.

Daha ətraflı videoda:

COP29

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv