!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keşlədə bədbəxt hadisə - Qatar qadını vurdu - RƏSMİ/YENİLƏNDİ

!Reklam – Yazi

Keşlə qəsəbəsi, “Çerment körpüsü” kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qadın 1986-cı il təvəllüdlü Rəhimova Tacirə Vidadi qızı açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.

***

Bu gün səhər saat 08:23-də Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Yenicag.az-a bildirilib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.yenicag.az

2331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv