Kılıçdaroğlu ermənipərəst deputatlarını cəzalandıracaqmı? – Foto

media-hightechnic-468x90

chpdeputatlariCHP Bəyoğlu şöbə sədrinin müavini Barış Tınay  millət vəkilləri Sezgin Tanrıkulu, Şavak Pavey və Umut Oranın cəzalandırılması ilə bağlı Kılıçdaroğluna müraciət edib. Tınay hesab edir ki, 19 Yanvarda erməni jurnalist Hrant Dinki anma adı altında yalançı soyqrım iddialarına dəstək mitinqinə deputatlar bilərək qatılıblar.

Tınay ərizəsində, CHP-li vəkillərin “Hrantla və Soyqırımla üzləş!” plakatının arxasında addımlamasının partiya proqramına uyğun gəlmədiyini ifadə edib. O, partiya proqramında soyqırımın rədd edildiyini rəhbərliyə xatırlatdı. Ərizədə ‘Hrant’ın Arkadaşları’ndan da “nəyə, kimə və kimlərə xidmət etdiyi bilinməyən bir qaragüruh” olaraq bəhs edilib.

Qeyd edək ki, CHP partiya proqramında “Sözdə erməni soyqırımı iddiası ilə ölkəmizin haqsız fikirlərlə günahlandırılmasına qarşı bu günə qədər partiyamız liderliyində davam etdirilən qərarlı duruşa sahib çıxmağa davam edəcək” deyilir.

Baxaq, görək Kılıçdaroğlu qərarlı duruşa sahib çıxa biləcəkmi?

1421949821

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600