!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kilosu 70 manata GİLAS: Vay halına könlü çəkənin - VİDEO

!Reklam – Yazi

Həmişə bazarlarda mövsümü olmayan meyvələr bahalığı ilə seçilir.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bazara yerli gilas çıxarılıb.

Kilosu 70 manata təklif olunan meyvənin ucuzları da var, axtarsanız, kilosunu 20 manata da tapmaq olar.

“Ancaq ölçüsü və dadında fərq olacaq”.

Satıcılar bidirdi ki, satılan gilaslar Şəmkir məhsuludur.

Onların sözünə görə, alıcıları kifayət qədərdir. Bildirildi ki, satılan gilas istixanada yetişsə də, ağacdan dərilir.
Piştaxtada mövsümü olmayan tuta da rast gəlmək olur. Onun da kilosu 15 manatdan başlayır. Göyçay və Sabirabad məhsuludur.

“Alıcılar isə qiymtələrin bahalığından gileylidirlər.”

Satıcılar bildirdilər ki, 2 həftədən sonra gilasın və tutun qiyməti kəskin ucuzlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv