Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Kimlərsə reklam xatirinə şəhid ailələrini aşağılaya bilməz” – Tərlan Eyvazov

“Bakıda bir çox restoranların qarşısında şəhid ailələri və əlillər üçün pulsuz yemək verilməsi ilə bağlı reklamlara rast gəlinir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında vətənpərvərlik mövzusunun biznes maraqları üçün istismar edilməsi hallarının artmasına münasibət bildirən Silahlı Qüvvələrin istefada olan zabiti Tərlan Eyvazov deyib.

Müharibə vəziyyətində olan Azərbaycanda vətənpərvərlik ruhunda effektli təbliğat materiallarının hazırlanmasına ciddi ehtiyac var. Bu mövzu müntəzəm olaraq, gündəmə gətirilsə də, nəticədə ortaya qoyulan materiallar vətənpərvərliyin təbliğindən çox bir sıra şirkətlərin, yaxud da fərdlərin ucuz reklamına xidmət edir. Acınacaqlı hal bundan ibarətdir ki, o tip materiallarda şəhid və veteran ailələri yolverilməz qaydada aşağılanırlar.

Yayımladığı reklam ictimai qəzəbə səbəb olan şirkətlərdən biri də “A+Co MMC”-dir. “Mamedoff” ticarət nişanının patent hüququna malik olan “A+Co MMC”-in sözügedən brendi də özünün araq məhsullarının reklamı üçün “vətənpərvərlik” mövzusunu seçərək, arzuedilməz trendi davam etdirib.

Belə hallarla bağlı Yenicag.az-a danışan hərbi ekspert Tərlan Eyvazov bildirib ki, biznesmenlərin öz maddi maraqları üçün vətənpərvərlik mövzusundan sui-istifadə etmələri doğru addım deyil və cəmiyyət tərəfindən xoş qarşılanmır:

“Bugünkü biznes mühitinin reklamlara yanaşması çox fərqlidir. Vətənpərvərlik mövzusunun istifadə olunduğu biznes reklamlarında müsbət məqamlar ola bilər, amma ümumilikdə, vətənpərvərliyin bu məsələlərə alət edilməsi düzgün deyil.

1980-ci illərdə Əfqanıstanda məlum vətəndaş müharibəsi zamanı hərbi hospitalı 4 nəfər əfqan biznesmen himayəyə götürmüşdü. Onlar hospitalın bütün xərclərini ödəyirdilər, lakin heç kəs o şəxslərin kim olduğunu bilmirdi.

Bu gün Bakıda bir çox restoranların qarşısında şəhid ailələri və əlillər üçün pulsuz yemək verilməsi ilə bağlı reklamlara rast gəlinir. Biz şəhid ailələrini bu şəkildə aşağı səviyyəyə salmamalıyıq. Mövcud şəraitimizdə şəhid ailələri dövlətin qayğısı ilə əhatə olunub. Vətənpərvərlik mövzusundan belə sui-istifadə etmək reklamvericilərə qətiyyən şərəf gətirmir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

645
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100