!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiprdəki türk varlığını məhv etmə səyləri: Yunan EOKA terror təşkilatının qırğınları

!Reklam – Yazi

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Yunan EOKA terror təşkilatı tərəfindən törədilən qırğınlarla bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda qırğın nəticəsində 30 minə yaxın insanın yurd-yuvasından didərgin düşdüyü qeyd edilib:

“1950-ci illərdən sonra Türk cəmiyyətinə qarşı hərtərəfli və sistematik hücumlar EOKA terror təşkilatı tərəfindən 1963-cü ildən sonra terror aktlarına çevrilib və bu aktlar Kipr Sülh Hərəkatının sonuna qədər davam edib.

1963-cü ilin dekabr ayının 20-nə keçən gecə Lefkoşanın Tahtakale bölgəsində avtomobillərə açılan atəş nəticəsində 2 Kipr türkü öldürülüb. Bu qətllər sonradan “qanlı milad” kimi xatırlanan qətliamların başlanğıcı oldu.

1963-cü il 24 dekabrda Lefkoşanın Kumsal rayonunda 11 nəfər öldürülüb. Kipr Türk Qüvvələri alayında tibbi xidmət mayoru olan Nihat İlhanın həyat yoldaşı və uşaqları evindəki hamam vannasında ölü tapılıb.

Lefkoşanın Küçük Kaymaklı mahalı mühasirəyə alınıb.

Lefkoşa şəhər ətrafında qadınlar və uşaqlar da daxil olmaqla 700 türk EOKA tərəfindən girov götürülüb.

Larnaka və Tuzla bölgələrində türklərin evlərinə atəş açılaraq 9 nəfər öldürülüb.

Zorakılıq hadisələri 364 Kipr türkünün ölümünə, 109 Kipr türk kəndinin və 25-30 min Kipr türkünün yurdundan didərgin düşməsinə səbəb olub.

Kipr Respublikasını yıxan EOKA terror təşkilatı Türkiyənin 1974-cü il 20 iyul tarixində başlatdığı sülh hərəkatı nəticəsində məhv edilib. Ancaq Türk Silahlı Qüvvələri və Kipr Türk Mücahidləri qarşısında geri çəkilən EOKO dəstələri bir çox türk kəndlərinə hücum edərək əhalini qətlə yetirib və kəndləri yandırıblar.

1974-cü ilin iyul ayının 20-də Kiprin Alaminyo qəsəbəsində 6 və 80 yaş arası 15 Kipr türkü EOKA tərəfindən öldürülüb.

1974-cü il 13-14 avqust tarixlərində EOKA tərəfindən qaçırılan Sandallar kəndinin sakinləri Muratağaya gətirilərək oradakı kəndlilərlə birlikdə öldürülüb. Muratağa və Sandallar əhalisinin birlikdə dəfn olunduğu kütləvi məzarlıqdan 89 nəfər çıxarılıb.

1974-cü ilin avqust ayının 14-də EOKA yaraqlıları Daşkənd kəndindəki 9 yaşdan yuxarı bütün oğlan uşaqlarını öldürüblər.
1974-cü ilin avqust ayının 15-də Atlılar kəndinə hücum edən EOKA yaraqlıları kəndlilərə kütləvi məzar qazdırdıqdan sonra hamısını güllələyərək öldürüblər. Kütləvi məzarlıqdan 57 cəsəd çıxarılıb.

Akritas planı adadakı türklər və yunanların ortaqlığı əsasında qurulan Kipr Respublikasının dağıdılmasını və türk cəmiyyətinin etnik təmizlənməsini nəzərdə tutan fəaliyyət planıdır.

Kipr Respublikasında bir sıra Yunan məmurları tərəfindən hazırlanaraq həyata keçirilib. İlk mərhələdə, Türk cəmiyyətinin ada idarəsindəki hüquq və səlahiyyətlərini azaltmaq, daha sonra təzyiq və zorakılıq yolu ilə sındırılan Türk cəmiyyətinin razılığı adı ilə Yunanıstanla birləşmək məqsədi qoyulub. 1966-cı ildə Patris adlı Yunan qəzeti tərəfindən ifşa edilib.

ENOSİS Kipr adasını Yunanıstanla əlaqələndirən və Türk cəmiyyətinin məhv edilərək adanın “Elen” diyarına çevrilməsini müdafiə edən siyasi idealdır.

EOKA 1950-ci illərdə polkovnik Grivas tərəfindən qurulan, əvvəlcə müstəqillik üçün adadakı İngilis hakimiyyətinə, daha sonra etnik təmizlənmə məqsədi ilə Kipr türklərinə hücumlar təşkil edən terror təşkilatıdır.”

 

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv