!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə bazarında MƏNZİL QITLIĞI: "Tələbələrin əksəriyyəti evsizlik problemi ilə üzləşəcək" - EKSPERT

!Reklam – Yazi

“İndiki dövrdə ucuz kirayə mənzillərin sayı yox dərəcəsindədir”

Bunu kirayə bazarındakı mövcud vəziyyətin tələbələrin sosial vəziyyətinə mümkün təsirlərini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, hazırkı vəziyyət valideynlərdə çaşqınlıq yaradıb. Çünki valideynlər indidən övladları üçün paytaxt Bakıda kirayə ev tutsalar və dərslər distant formada davam edərsə, bu halda ailə maddi zərərə uğrayacaq:

“Faktiki olaraq tələbələr üçün yararlı olan ucuz kirayəlik mənzillərin sayı çox məhduddur. Söhbət universitetlərin yerləşdiyi ərazilərdən gedir. Mövcud şəraitdə istismar müddətini başa vurmuş köhnə yaşayış binaları sökülür və yeni binalarla əvəzlənir. Bu, ucuz evlərin böyük qisminin kirayə bazarından çıxması ilə yanaşı, evi sökülən sakinlərin də məcburən bazarda qalan kirayə evlərdən tutmasına səbəb olur. Ona görə də kirayə bazarında mənzil qıtlığı yaranıb.

Əgər dərslər ənənəvi şəkildə başlayarsa, bu halda tələbələrin əksəriyyəti evsizlik problemi ilə üzləşəcək. Çünki yeni tikililərdə kirayə verilən mənzillərin qiyməti baha olur. Bu isə tələbələrin sosial vəziyyəti ilə uzlaşmır. Ümumilikdə, tələbə axını fonunda tələbatın artması kirayə bazarında qiymətlərin bahalaşmasına yol açacaq”.

Gülşən Şərif

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv