!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə bazarındakı PROBLEMLƏR: "Ev sahibinin əvvəlcədən bir neçə aylıq ödəniş tələb etməsi..."

!Reklam – Yazi

Son üç ildir daşınmaz əmlakın alqı-satqısı, həmçinin kirayə qiymətlərində kəskin dəyişikliklər var. Belə ki, artıq birotaqlı mənzillərin kirayəsi 300 manatdan başlayır.

Metroya yaxın olan və ya şəhərin mərkəzində yerləşən ikiotaqlı evlərin qiyməti minimum 400-500 manat arasında dəyişir. Binəqədi rayonunda, Masazır, Bakıxanov qəsəbələrində, həmçinin Xırdalan şəhərində nisbətən münasib qiymətə mənzillər tapmaq mümkün olur.

Lüks və geniş evlər ən bahalı daşınmaz əmlaklar sırasındadır, üçotaqlı, yaxşı təmirli və əşyalı bir mənzil təxminən 600-700 manat civarındadır.

Rayonlarda yaşayan minlərlə tələbənin Bakıya üz tutması da qiymət artımına əsaslı təsir edir.

Problemlər arasında bəzi ev sahiblərinin mənzilin 2-3 aylıq kirayə haqqını əvvəlcədən tələb etmələri, yaxud evdə qalacaq şəxslərin yalnız ailədən ibarət olmasını istəmələri də var.

Bütün bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən əmlak eksperti Ramil Osmanlı bildirib ki, Azərbaycanda kirayə münasibətləri əksər hallarda rəsmiləşmir:

“İki tərəf arasında sadəcə şifahi razılaşma olur. Belə hadisələr isə, adətən, vergidən yayınma məqsədi ilə baş verir. Amma vətəndaşlar bilməlidirlər ki, bu kimi hallarda Vergilər Nazirliyi tərəfindən əlavə sanksiyalar nəzərdə tutulur. Ev sahibinin əvvəlcədən bir neçə aylıq ödəniş tələb etməsi isə mülkiyyət hüquqlarına dayanır. Bu məsələ ilə bağlı qanunvericilik heç bir məhdudiyyət qoymayıb”.

R.Osmanlı, eyni zamanda, qeyd edib ki, kirayə mənzillərin qiymət artımı qismən bazar tələbatından aslıdır:

“Bu gün kirayə mənzil qiymətlərini bazar tənzimləyir. Tələb və təkliflərdən aslı olaraq biz qiymətlərdə artım və ya azalma müşahidə edirik. Qiymət artımı səbəbsiz deyil. Yaşayış massivlərinin söküntüsü və şəhərsalma layihələri ilə əlaqədar olaraq təklif tələbi ödəmir. Belə olan halda, qiymət artımı qaçınılmazdır. Mənzil sayı azdır, lakin kirayə mənzil istəyənlərin sayı isə hədsiz çoxdur. Mən hesab edirəm ki, mövcud iqtisadi reallıqlar yaxın gələcəkdə kirayə qiymətlərinin azalmasını söyləməyə əsas vermir. Əgər gələcəkdə sahibkarlar tələbələr və ya ucuz işçi kütləsi üçün mənzillər inşa edərsə, qiymətlər stabilləşə bilər”.

Şəhanə Paşa 

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv