Kişi 4-cü mərtəbədən yıxıldı

media-hightechnic-468x90

12Ötən gün Bakının Xətai rayonunda evin pəncərəsini silən kişi hündürlükdən yıxılıb.

Xətai rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə 9 mərtəbəli binada baş verib.

Belə ki, binanın 4-cü mərtəbəsində yaşayan 1962-ci il təvəllüdlü Pərviz Əziz oğlu Əmircanov pəncərədən yıxılıb. O birinci mərtəbənin eyvanının artırmasına düşüb.

Kəllə-beyin travması, döş qəfəsinin sınığı, əl və ayaqların qırılması, eyni zamanda digər bədən xəsarətləri alıb. P.Əmircanov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda renimasiyada müalicə alır.

Qeyd edək ki, Pərviz Əmircanov pəncərə silərkən ehtiyatsız davranaraq yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600