“ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır”.
Yenicag.az xəbər verir ki, bu haqda “Semafor” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ administrasiyası Ukraynadakı münaqişənin həlli çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınmasına imkan verir.
Bundan əlavə, Birləşmiş Ştatlar bununla bağlı BMT-yə də müraciət edə bilər.
Qeyd edək ki, Krım 2014-cü ildə keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil olub və Rusiya Prezidenti Vladimir Putin onun ərazi mənsubiyyəti məsələsinin bağlandığını bildirib. Putin çıxışı zamanı bildirib ki, “respublikanın və Sevastopolun sakinləri əbədi olaraq Rusiya ilə birlikdə olmaq üçün qəti, birmənalı seçim ediblər”.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ötən ilin noyabrında Kiyevin yarımadanı hərbi yox, diplomatik yolla geri ala biləcəyini bildirib./Qafqazinfo/
www.yenicag.az