KİV nümayəndələrinin övladları “Ulduz” Şokolad fabrikində-Foto

media-hightechnic-468x90

2q188iwaOzAC“Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edib.

Səfər zamanı ekskursiya iştirakçılarına şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat verilib.

Daha sonra ekskursiya iştirakçılarına şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunub. Bundan əlavə mətbuat nümayəndələrinin övladları ilə istehsal sahəsi üzrə gəzinti təşkil edilib. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyiblər.

Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şəraiti yaradılıb. Tədbirin sonunda uşaqlara “Ulduz” şokolad fabrikinin və “Ozmo”nun məhsulları hədiyyə olunub.

Xatırladaq ki, “Ulduz” Şokolad fabriki uşaqları da düşünərək tamamilə qatqısız və təmiz şokoladdan hazırlanan “Cırtdan” məhsulunu da istehsal edir.

Qeyd edək ki, Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar, ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Fabrik “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və digər məhsulların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600