Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“KİVDF ilə Medianın İnkişafı Agentliyi arasında hansı fərqlərin olacağını söyləmək...” - Zeynal Məmmədli

Reklam: High Technic

“Ümumiyyətlə, bu məsələdə media təşkilatlarının rəyini öyrənməyə ehtiyac vardı”.

Bu fikirləri yanvarın 12-də prezident İlham Əliyevin fərmanına əsasən, ölkədə Medianın İnkişafı Agentliyinin yaradılmasını dəyərləndirən media eksperti Zeynal Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zeynal Məmmədli hesab edir ki, Medianın İnkişafı Agentliyinin gözləntiləri doğruldub-doğrultmayacağını zaman göstərəcək:

“Yeni yaradılan Medianın İnkişafı Agentliyinin proqramı və bütövlükdə fəaliyyət istiqamətləri ilə ciddi şəkildə tanış deyiləm. Bu baxımdan, mediada yayılan məlumatlar yeni agentliyin formatını dəyərləndirməyə tam imkan vermir.

Ona görə də, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə Medianın İnkişafı Agentliyi arasında hansı fərqlərin olacağını söyləmək çətindir.

Ümumiyyətlə, bu məsələdə media təşkilatlarının rəyini öyrənməyə ehtiyac vardı. Fikrimcə, fərqli media qurumları və təşkilatları, o cümlədən Mətbuat Şurası, “Yeni Nəsil”, Azərbaycan Jurnalistlər Birliyi (AJB) kimi təşkilatlar yeni yaradılan agentlikdən gözləntiləri müzakirə etməli idilər.

Maraq doğuran məqam budur ki, maliyyələşməsi dövlət büdcəsindən olan qurumun inkişafını hökumət öz üzərinə götürüb. O halda həmin media qurumu hökumətlə münasibətlərini necə quracaq, öz fəaliyyətini müstəqil davam etdirmək üçün dövlət büdcəsindən ayrılan vəsaitdən imtina edə biləcəkmi?”.

Gülşən Şərif

www.yenicag.az

1671
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100