Kiyevdə silahlı insident: 2 milis öldürüldü
Ukraynanın paytaxtı Kiyev şəhərində milis əməkdaşları bandit dəstəsinin üzvlərini təqib edib. Nəticədə atışma baş verib.
Bu haqda məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə idarəsinin mətbuat xidməti yayıb.
Hadisə yerli vaxtla gecə saat 1.30 radələrində paytaxtın Desnyansk rayonunda qeydə alınıb.
Məlumata görə, atışma zamanı 2 milis əməkdaşı öldürülüb, 3 nəfər ağır yaralanaraq xəstəxanaya aparılıb.
“Maskalı iki naməlum şəxs əllərində silah benzindoldurma stansiyasına hücum edib. Nəticədə stansiyanın əməkdaşı əlindən yaralanıb. Banditlər kassadan 800 qriven götürərək qaçıblar. Onların təqib edilməsi zamanı isə atışma olub”, – deyə mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, banditlərdən biri tutulub. Digər şəxsin axtarışı davam edir.