Kobaxidze: "AŞPA qətnamələri Gürcüstan üçün dəyər kəsb etmir"

media-hightechnic-468x90

“Qətnamə obyektiv qiymətləndirmələrə əsaslanmırsa, Gürcüstan cəmiyyəti üçün heç bir dəyər kəsb edə bilməz”.

Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze AŞPA-da ölkə ilə bağlı təqdim olunan qətnamə layihəsini jurnalistlərə şərh edərkən deyib.

O, Gürcüstanın AŞPA-dakı hazırkı vəziyyətə münasibətinin hamıya yaxşı məlum olduğunu bildirib.

“Bu münasibət bizim AŞPA-da fəaliyyətimizi dayandırmağımızda özünü göstərir. Vəziyyət həqiqətən də faciəvidir, öncəki qətnamə də bu ağır durumu əks etdirirdi”, – İ.Kobaxidze söyləyib.

Qeyd edək ki, İ.Kobaxidze Kopenhagendə Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb. Baş nazir bildirib ki, görüşdə Gürcüstanın AŞPA ilə konkret prinsiplərə əsaslanan əməkdaşlığa hazırlığı ifadə olunub.

Xatırladaq ki, Gürcüstan nümayəndə heyəti bu ilin yanvarın 29-da AŞPA-dakı fəaliyyətini dayandırıb. Buna səbəb qurumda Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsinə çağırışın yer aldığı qətnamənin qəbulu olub./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa