!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Köhnə dünya” üçün yeni “Marşal planı”: Avropa “Çin resepti”ni qəbul edəcək? – Elxan Şahinoğlunun ŞƏRHİ

!Reklam – Yazi

“Çin Avropa üçün Amerikanı əvəz edə bilər, ancaq bundan sonra Pekinin Brüsseldən siyasi tələbləri də olacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu koronavirus pandemiyasının Avropa İttifaqında yaratdığı “çat”ların mümkün nəticələrini şərh edərkən bildirib.

Elxan Şahinoğlunun sözlərinə görə, Avropa İttifaqı boşalan büdcəsini təkbaşına doldurmaq iqtidarında deyil:

“Avropa İttifaqı Komissiyasının rəhbəri Avropa üçün yeni “Marşal planı”na ehtiyac olduğunu bildirib. Məsələ burasındadır ki, Avropa İttifaqının büdcəsinə və yatırımlar portfelinə milyardlarla dollar və ya avro ianələrə ehtiyac yaranıb. Avropa İttifaqı ölkələri təkbaşına bu ianələri toplamayacağının fərqindədirlər.

Koronavirusu Üçüncü Dünya Müharibəsi kimi qiymətləndirənlər var. Buna görə də Avropa bu müharibənin ağır iqtisadi yekunlarını yenidən Amerikanın ianələri hesabına ortadan qaldırmaq istəyir.

Ancaq bu dəfə Amerikanın Avropanın yardımına tələsəcəyini söyləmək çətindir. Belə vəziyyətdə Amerika yalnız özünə kömək edə bilər, başqasının və ya başqalarının xilasına tələsməyəcək. Donald Trampın şüarı da məlumdur: “Birinci növbədə Amerika!”

Politoloqun fikrincə, yeni “Marşal planı”nı ancaq Çin təklif edə bilər, amma Avropa hələ buna hazır deyil:

“Avropa İttifaqı üçün yeni “Marşal planı”nı böyük maliyyə resurslarına malik olan Çin təklif edə bilər. Doğrudur, təxmini hesablamalara görə, Çin bu dalğada 60 milyard dollar itirdi, ancaq bu, Pekin üçün böyük itki deyil.

Çin Avropa üçün Amerikanı əvəz edə bilər, ancaq bundan sonra Pekinin Avropa dövlətlərindən siyasi tələbləri də olacaq. Buna isə Avropa hazır deyil”.

Elxan Şahinoğlu İtaliya və Almaniya arasındakı münasibətlərin Avropa İttifaqının bu gününü əks etdirdiyini və onun gələcəyinin sual altında olduğunu qeyd edib:

“İtaliyanın baş naziri Cüzeppe Konte Almaniyaya təklif edib ki, bazara avrobondlar buraxılsın. Konte avrobondlar vasitəsilə İtaliya iqtisadiyyatını xilas etmək istəyir.

Ancaq Berlin İtaliya baş nazirinin bu təklifini rədd edib. Berlin dağılan İtaliya iqtisadiyyatının yükünü daşımaq istəmir. Berlinin cavabı İtaliyada mənfi qarşılanıb. İtaliyada Almaniya haqqında daha nələr demirlər…

İş o yerə çatıb ki, İtaliyada bələdiyyə başçıları Avropa İttifaqının bayraqlarını endirirlər. Avropa İttifaqı monolitliyini itirir. İttifaqın gələcəyi təhlükə altındadır”.

Aqil Bəkir

www.yenicag.az

1003
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv