Yunanıstanın Afina şəhərində uşu-kunq fu üzrə Avropa çempionatını Azərbaycan komandası 12 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub.
Yenicag.az xəbər verir ki, yarışın son günündə yeniyetmələr arasında sanda yarışlarında Elçin Muradov (45 kq), gənclər arasında Cəlal Seyidov (48 kq), Raul Qasımzadə (52 kq), Bahadur Əhmədov (60 kq), Həsən Mehdi (65 kq), Xətai Nemətli (75 kq), Kənan Həsənli (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Yeniyetmələr arasında Hüseyn Hüseynli (56 kq) ikinci, böyüklərin yarışında Ruslan Pirəliyev (70 kq) üçüncü yerləri tutublar.
Avropa çempionatında yığmamız böyüklərdən ibarət komandanın böyük məşqçisi Bahəddin Səlimov və gənclərin baş məşqçisi Elçin Eminovun rəhbərliyi ilə iştirak ediblər.
www.yenicag.az