Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Komandamız Qazaxıstanda III yeri tutdu

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqənin yekun nəticələrinə əsasən komandamız üçüncü yerə layiq görülüb. Qazaxıstan komandası birinci, Rusiya komandası isə ikinci yeri qazanıb.

Bundan başqa polkovnik-leytenant Əhmədov Namiq “Ən yaxşı məşqçi”, gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə “Ən yaxşı heyət” nominasiyalarının qalibləri olublar.

Qalib komandalara mükafatlar təqdim olunub.

Mərasimdən sonra “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.

www.yenicag.az

182
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100