!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komitə sədri azyaşlı narkotik istifadəçilərinin sayını AÇIQLADI

!Reklam – Yazi

“Bu bəlaya düçar olanlar həvəsinin qurbanına çevrilir”.

Yenicag.az xəbər verir ki, bu sözləri yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabatda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, narkomaniya ilə mübarizədə ciddi addımların atılmasına baxmayaraq, gənclər və yeniyetmələr arasında narkomaniyaya maraq artıb:

“Bəşəriyyət üçün təhlükəli olan narkomaniyanın gənclər və yeniyetmələr arasında geniş yayılması faciəvi haldır. Çünki narkotik vasitələrdən istifadə edən şəxslər cinayət hadisələrinə meyilli olurlar. Bu bəlaya düçar olanlar həvəsinin qurbanına çevrilir. 2021-ci ilin dekabr ayına qədər qeydiyyatda olan 34 min 602 nəfər narkotik istifadəçisi var. Onlardan 556-sı qadındır.

Statistikaya görə, 14 yaşında olan 2, 15-17 yaş arasında olan 12 nəfər narkotik istifadəçisi rəsmi qeydiyyatdadır. Təəssüf hissi ilə deyim ki, 65 yaşdan yuxarı isə 292 narkotik istifadəçisi qeydiyyatdadır. Azərbaycan dövləti bu cür problemin mövcudluğunu qəbul edib və qarşısını almaq üçün müvafiq addımlar atır. Dövlət Komitəsi də öz fəaliyyəti çərçivəsində müəyyən çıxış yollarının tapılması üzrə maarifləndirici tədbirlər həyata keçirir. Ötən il ümumilikdə 84 tədbir həyata keçirilib”.

Gülşən Şərif

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv