Hakerlər “ağıllı lampalar” vasitəsilə kompyuteri uzaq məsafədən “hack” edə bilərlər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, kompyuter sistemindəki bu boşluq “Check Point” tərəfindən aşkar edilib.
İlk öncə proqram smartfona yüklənir və idarəetmə sistemində nasazlıq yaranır. Problemi həll etmək üçün tətbiqi yenidən yükləmək lazım gəlir. Buna görə də istifadəçi həmən tətbiqi silir və sonra yenidən yükləyir.
Bu lampa quraşdırıldıqda hakerlər “Filips” texnologiyasında istifadə olunan “ZigBee” sistemindəki boşluqdan yararlanırlar. Lampa quraşdırıldıqdan sonra virus sistemi “ələ keçirir”, hətta antivirusu da “yararaq” kompyuterə hakim olur.
Bununla da kompyuter hakerlər tərəfindən idarəetməyə hazır vəziyyətə gətirilir. “Check Point” mütəxəssisləri “ağıllı lampa” istehsalçılarının bu boşluğu aradan qaldırdıqlarını bildirib.
Eyni zamanda, mütəxəssislər “Philips” tərəfindən istehsal olunan ağıllı ev sistemi sahiblərinə proqram təminatını yeniləməyi tövsiyə ediblər.
Qeyd edək ki, bundan əvvəl Federal Təhqiqatlar Bürosu (FTB) hakerlərin “ağıllı televizor”lara giriş əldə edə biləcəyi barədə xəbərdarlıq etmişdi.
www.yenicag.az