Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Kontakt Home”dan orduya yardım kampaniyası

10-16 oktyabr tarixlərində məhsullarımızın satışından əldə etdiyimiz nağd gəlirlərin 100%-ni Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyik.

Bu barədə Yenicag.az-a “Kontakt Home”dan məlumat verilib.

Qeyd edilib ki, bu məbləğin hamısı Qarabağın işğaldan azad olunması uğrunda hazırda gedən döyüşlərdə yaralanan əsgər və zabitlərimizin müalicəsinə xərclənəcək.

Sən də bu tarixlərdə Kontakt Home mağazalarında nağd və taksitlə alış-veriş edərək bu yardımda pay sahibi ola və bağışlanacaq məbləği yüksəldə bilərsən. Toplanmış məbləğlər gündəlik olaraq həm burada, həm də rəsmi sosial şəbəkə hesablarımızda açıqlanacaq.

İndiyədək toplanmış məbləğ:

1 8 5 5 6 M

Qeyd: Toplanan məbləğlər hər 30 dəqiqədən bir yenilənir.

www.yenicag.az

215