Könül ŞAYİƏLƏRDƏN DANIŞDI: “Eşidəndə dəhşətə gəlirəm”

media-hightechnic-468x90

“Bəzən rayondan gələn qohumlarım – xalam, xalam uşaqları sənətkarlar haqqında elə sualları verirlər, mən dəhşətə gəlirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Könül Kərimova “Gün ortası” verilişində deyib.

Sənətçi həmkarları və özü haqqında da yayılan şayiələrdən danışıb:

“Bəzən rayondan qohumlarım – xalam, xalam uşaqları gəlir, sənətkarlar haqqında elə sualları verirlər, mən dəhşətə gəlirəm. Deyirəm, mən bu atmosferdə ola-ola, belə şeylər eşitməmişəm, siz bu məlumatları haradan alırsınız? Deyirlər, yox e, sən bilmirsən, belə danışırlar. Heç olmasa, o şayiələrin içində həqiqətə uyğun nə isə olsun. Əgər bir müğənnini sevirsinizsə, heç olmasa, onun haqqında həqiqəti də axtarıb tapın. Nə qədər şayiə olar?! Nə vaxt eşidirəm, deyirlər, Könül evini satır. Mən satmağı sevmirəm. Bu həyatda nəyisə satmağı sevmirəm. İmkanım varsa, almağı sevərəm”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600