Könül Xasıyeva ETİRAF ETDİ: "Daha gücüm çatmır"
“Bu, sonuncu konsertimdir, indidən belə səhnəyə çıxmayacam. Konsert etməyə gücüm çatmır. Yaş da öz sözünü deyir. Yalnız bir halda konsert verəcəyəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Sarayında konsertə hazırlaşan Xalq artisti Könül Xasıyeva “Xəzər axşamı”nda deyib.
Sənətçi daha səhhətinin konsert üçün əl vermədiyini bildirib:
“Daha konsert etməyə gücüm çatmır. İki min nəfərin qarşısında çıxış etmək çox çətindir. Yaş da öz sözünü deyir. Yalnız bir halda konsert verə bilərəm. Kimsə gəlsin, desin, konsertlə bağlı bütün işləri üzərimizə götürürük, sən də otur məşqlərini et… 3-dən, 5-dən də qonorarımı verər, mən də konsertimi edərəm”.
Nehru












