"Kopenhagen"dən UEFA-ya şikayət: "Qarabağ"ın futbolçusu...

media-hightechnic-468x90

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” klubu UEFA-ya şikayət məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, danimarkalıların şikayəti ağdamlıları ötən gecə keçirilən matça kapitan kimi çıxaran Maksim Medvedevlə bağlıdır.

Belə ki, klubun iddiasına görə, təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi oyunun 20-ci dəqiqəsində Medvedev, rəqibin futbolçusu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı bilərəkdən vurub.

“Kopenhagen”in yaydığı məlumata görə, Medvedevin dirsək zərbəsindən sonra Benqtssonun almacıq sümüyündə qançır yaranıb. Klub bu şikayətlə Maksimin cəzalandırılmasını istəyir.

Qeyd edək ki, UEFA da şikayət məktubunu aldıqlarını, məsələyə avqustun 17-də baxacaqlarını bildirib.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa