!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus xəstələrinə ümid işığı: Virusu zərərsizləşdirən preparatın tətbiqinə başlanılacaq

!Reklam – Yazi

Türkiyə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Səhiyyə İnstitutları İdarəsinin dəstəyi ilə laboratoriyada aparılan araşdırma nəticəsində təcrid olunmuş Kovid-19 virusu zərərsizləşdirilib və preparat könüllü xəstələr üzərində tətbiq edilmək üçün hazır hala gətirilib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Türkiyənin Səhiyyə Elmləri Universiteti ilə VSY Biotexnologiya və Dərman Sənayesi MMC-nin əməkdaşlığı ilə hazırlanan “TR-C 19” adlı preparat aktiv Kovid-19 xəstələri üçün ümid olub.

Səhiyyə Elmləri Universitetinin rektoru professor Cevdet Erdöl könüllü xəstələr üzərində tətbiq etmək üçün hazırlanan preparatın qısa müddətdə sertifikatlaşdırılmasının planlaşdırıldığını bildirib.

Cevdet Erdöl Kovid-19 epidemiyasına nəzarəti təmin etmək və əhaliyə təqdim etmək üçün səfərbərlik şüuru ilə elmi-tədqiqat fəaliyyətlərini də sürətləndirdiklərini bildirib və preparatın hazırlanmasındakı mərhələni belə izah edib:

“Bu çərçivədə apardığımız araşdırmaların nəticəsi olaraq Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən TÜSEB-in də dəstəklədiyi ‘TR-C 19’ adı ilə istehsal etdiyimiz preparatın elmi-tədqiqat fəaliyyətləri nəticəsində ilk olaraq laboratoriyada təcrid edilmiş Kovid-19 virusunun zərərsizləşdirildiyini və könüllü, aktiv Kovid-19 xəstələri üzərində tətbiq edilməyə hazır olduğunu bildirmək istəyirəm. Bununla əlaqədar lazımi icazələri gözləyirik. Qısa müddətdə “TR-C 19” preparatının sertifikatlaşdırılmasını planlaşdırırıq. Bu münasibət ilə Səhiyyə Elmləri Universitetinin fədakar əməkdaşlarına, VSY Biotexnologiya və Dərman Sənayesi MMC-yə, TÜSEB-ə, Səhiyyə Nazirliyinin Xalq Sağlığı Baş İdarəsinə, Antimikrop Elmi-Tədqiqat və Biosidal Analiz Mərkəzinə və əməyi keçən hər kəsə təşəkkür edirəm.”

VSY Biotexnologiya və Dərman Sənayesi MMC-nin idarə heyətinin sədri Ercan Varlıbaş isə Türkiyənin Kovid-19 epidemiyası zamanı yaşadığı çətin günlərdən azad olunması istiqamətində bütün imkanlarını səfərbər etdiklərini ifadə edərək “VSY Biotexnologiya olaraq, elmi-tədqiqat və innovasiya gücümüz ilə dünyada ilkləri istehsal edərək yenilikçi quruluşumuzla bir çox qabaqcıl elmi-tədqiqat layihələrini həyata keçirdik. Dünyanın dörd bir tərəfində ölkəmizi uğurlu layihələrimizlə təmsil etməkdən çox məmnunuq. Bu gün dünyada sağlamlığı təhdid edən koronavirus xəstəliyinə qarşı apardığımız “TR-C 19” preparatı araşdırması bu layihələrin ən əhəmiyyətlilərindən biridir. Türkiyənin bütün qurumları ilə birlikdə həmrəylik içində bu çətin günlərin öhdəsindən gələcəyimizə əminik”, – deyə bildirib.

COP29

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv