Koronavirus xəstəsi hansı halda reanimasiyaya yerləşdirilir?

İlk növbədə reanimasiyaya huşunu itirmiş xəstələr yerləşdirilir.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş reanimatoloqu İsrail Məhərrəmbəyli deyib.

Baş reanimatoloq bildirib ki, bunlar kəskin tənəffüs çatışmazlığının olduğu hallar, kəskin hemodinamik pozulmalarla müşahidə olunmuş hallar, yanaşı xəstəlikləri olan xəstələrdir.

“Məsələn ola bilər ki, xəstədə kəskin tənəffüs çatışmazlığı olmasın, amma yanaşı xəstəlikləri var, şəkər, ürəkdə stent, yüksək təzyi. Bu halda xəstə dinamiki müşahidədə saxlanmaq üçün reanimasiyaya yerləşdirilir. Ümumi göstəriciləri belə dəyərləndirə bilərik ki, kəskin tənəffüs çatışmazlığı varsa, əlbəttə bu tənəffüsün sayına da bağlıdır, bu say 30-un üstündədirsə, oksigenin parsial təzyiqi 70-in altındadırsa, karbon qazının parsial təzyiqi 50-dən çoxdursa, saturasiya göstəricisi oksigen inqalyasiyası ilə 80-86-ya bərabərdirsə, bu xəstələr reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilməlidir. İkinci önəmli göstərici isə ağciyərlərin kompüter tomoqrafiya nəticəsidir”.

COP29