“Tibb işçiləri arasında da yoluxma halları mövcuddur”.
Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Ramin Bayramlı qeyd edib ki, belə hallar, əsasən, pandemiya ilə məşğul olmayan tibb müəssisələrində baş verir:
“Pandemiya xəstəxanasında baş verən cəmi bir halımız var. Digər hallar isə pandemiya ilə məşğul olmayan tibb müəssisələrində baş verib. Orta tibbi personal işinə məsuliyyətsiz yanaşdıqda belə hallar baş verir. Tibb işçiləri üçün təlimatlar hazırlamışıq. Riskli halları idarə edirik. Pandemiya xəstəxanalarımız lazımi bütün ləvazimatlarla təmin edilib. Digər xəstəxanalar da da bu proses davam etdirilir”.
www.yenicag.az