!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Koronavirusa yoluxanların 40 faizi bu xəstəliyi özü də bilmədən ayaq üstə keçirir” – Ekspert

!Reklam – Yazi

“Virusa yoluxan insanlardan cəmi 1 faizi, başqa sözlə hər 100 nəfərdən yalnız bir nəfər ölür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında vaksin olmadığı şəraitdə koronavirusa yoluxan xəstələrin müalicə metoduna toxunan fleboloq-cərrah İsmayıl Əsgərov deyib.

İsmayıl Əsgərova görə, əslində, vaksin öldürülmüş, yaxud da zəiflədilmiş mikrob və ya viruslardır:

“Həddindən artıq kiçik dozalı infeksiya bədənə vurulur, orqanizmdə ona qarşı xüsusi hissəciklər-antikorlar yaranır. Daha sonra insan bu virusun böyük miqdarı ilə qarşılaşdıqda, immunitet formalaşdığına görə xəstələnmir. Beləliklə, mikroblar və viruslardan qorunmuş oluruq.

Bəzən isə bədənə hazır antikorlar vurulur. Tibbdə buna vaksinasiya və ya peyvəndləmə deyilir. Qısası, vaksin virusu öldürmür. Mikrobu öldürən və ya inkişafını dayandıran dərmanlar antibiotiklər, virusu öldürən preparatlar isə antiviral dərmanlar adlanır.

Müəyyən infeksiyalar bədənə bir dəfə düşərsə, ona qarşı ömürlük immunitet-müqavimət yaranır. Lakin əksər infeksiyalar orqanizmə təkrar-təkrar düşəndə, insan hər dəfə xəstələnir. Məsələn, ələ batan tikan irinləyib sağalarsa, təkrar yenə tikan batanda həmin proses baş verir”.

Ekspert vurğuayıb ki, koronavirusa yoluxmaq mütləq ağırlaşma və ölüm olacağı mənasına gəlmir:

“Virusa yoluxanların 40 faizə yaxını xəstəliyi özü də bilmədən, heç bir narahatlıq olmadan ayaq üstə keçirir. İnsanların 20 faizə yaxını günlərlə qızdırma, öskürək, boğulma və digər əlamətələri yaşayır. Həmin insanlarda o qədər gücsüzlük olur ki, məcbur qalaraq, xəstəxanaya üz tuturlar.

Belə xəstələrin yaxşılaşması təqribən iki həftə çəkir. Bu müddət ərzində isə həmin xəstə çox sayda insanı virusa yoluxdura bilər. Nəticədə xəstəxanalarda yerlər dolur. Virusa yoluxan insanlardan cəmi 1 faizi, başqa sözlə hər 100 nəfərdən yalnız bir nəfər ölür”.

Gülşən Şərif

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv