Koronavirusa yoluxmuş icra başçısının müavini vəfat etdi

media-hightechnic-468x90

Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Qəzənfər Əliyev yeni növ koronavirus infeksiyasından (COVID-19) vəfat edib.

Yenicag.az-ın məlumatına görə, Q. Əliyev iyun ayının 20-si gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib: “Aparılan profilaktik tədbirlərə baxmayaraq, o, gecə saat 01:45-də xəstəxananın reanimasiya şöbəsində vəfat edib”.

Qeyd edək ki, Qəzənfər Əliyevin məktəb direktoru olan həyat yoldaşı da koronavirusa yoluxub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600