!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusla bağlı xəbərlərə qarşı psixi sağlamlığımızı necə qoruya bilərik?

!Reklam – Yazi

Koronavirus dünyanı qeyri-müəyyənliyə qərq edib və pandemiya ilə bağlı davamlı xəbərlər stressə səbəb ola bilər. Bütün bunlar insanların psixi sağlamlığına, xüsusən obsessive-compulsive pozuntudan əziyyət çəkən insanlara zərər verir. Bəs ruhi sağlamlığımızı necə qoruya bilərik.

Xəbərlərdən narahat olmaq başa düşüləndir, lakin bir çox insan üçün mövcud psixi sağlamlıq problemlərini daha da pisləşdirə bilər.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yayılması zamanı zehni sağlamlığımızı qorumaq barədə bəzi tövsiyələr verməsi sosial şəbəkədə müsbət qarşılanıb.

İngiltərəli Nicky Lidbetter-in izah etdiyi kimi, nəzarətdən kənarda qalmaq və qeyri-müəyyənliyə dözə bilməmək qorxusu bir çox narahatlığın ümumi xüsusiyyətləridir. Beləliklə, əvvəlcədən narahatlıq keçirən bir çox insanın hazırda çətinliklərlə üzləşməsi başa düşüləndir.

«Bir çox narahatlıq naməlum olan bir şey haqqında narahat olmaqdan və həmin şeyin baş verməsini gözləməkdən qaynaqlanır » -deyib, Rosie Weatherley.

Bəs ruhi sağlamlığımızı necə qoruya bilərik?

Koronavirus haqqında çox sayda xəbər oxumaq, Kentdən olan iki uşaq atası Nikin panik atak keçirməsinə səbəb olub.

«Narahat olduğum zaman düşüncələrim nəzarətdən çıxa bilir və fəlakətli nəticələr haqqında düşünməyə başlayıram» deyən Nik, valideynləri və tanıdığı digər yaşlı insanlar üçün narahat olduğunu bildirib .

«Adətən əziyyət çəkdiyim vəziyyətdən uzaqlaşa bilirəm. Bu, mənim əlimdən deyil» .

Xəbər saytlarından və sosial mediadan uzun müddət uzaq olması onun narahatlığını idarə etməyə kömək edib.

Sizə yaxşı hiss etdirməyən şeyləri oxumağı və ya seyr etməyi azaldın. Sadəcə ümumi xəbərlərlə tanış olmaq üçün müəyyən vaxt təyin edin.

Ətrafda bir çox yanlış məlumat var — hökumət və NHS saytları kimi etibarlı məlumat mənbələrinə söykənən məlumatlardan yararlanın./Gulusta.info/

COP29

www.yenicag.az

985
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv