Oturaq işlə məşğul olanlar üçün həkimdən məsləhətlər

media-hightechnic-468x90

“Oturaq iş zamanı əzələ tonusunu qorumaq üçün hər 30 dəqiqəlik fəaliyyətdən sonra qısa fasilə vermək tövsiyə olunur”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Oxu.Az bu barədə News.ru-ya istinadən xəbər verir.

Rusiyalı yoqa-terapevt və homeopat Marina Orlova bu haqda məlumat verib.

Mütəxəssis qan dövranını tənzimləmək üçün gündə ən azı 7 000 addım atmağın vacibliyini vurğulayıb:

“Müasir həyat tərzi bizi uzun müddət hərəkətsiz oturmağa məcbur edir. Bu isə maddələr mübadiləsinin yavaşlamasına, əzələ gərginliyinə, xroniki yorğunluğa və enerji itkisinə səbəb olur. Normal qan dövranını və əzələ funksiyasını qorumaq, orqanizmdə maye durğunluğunun qarşısını almaq üçün gündə orta hesabla 7 000 – 9 000 addım atılmalıdır. Bundan əlavə, gün ərzində 20-30 dəqiqəlik ortasəviyyəli aktivlik – sürətli gəzinti, yüngül idman, oynaq hərəkətləri və tənəffüs məşqləri olduqca faydalıdır. Bu, bədənin bərpa olunmasına kömək edir”.

Ekspert qeyd edib ki, iş zamanı qısa fasilələrdə ayağa qalxmaq, bir az gəzmək, çiyin, boyun və bel nahiyəsi üçün sadə isinmə hərəkətləri etmək kifayətdir:

“Cəmi beş dəqiqə çəkən bu cür qısa məşqlər ümumi rifahınızı yaxşılaşdırır və əzələ gərginliyinin qarşısını alır”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05