Kralın oğlu hakim QARŞISINDA - 38 cinayət ittihamı

media-hightechnic-468x90

Norveç Vəliəhd Şahzadəsi Mete-Maritin oğlu Marius Borq Höybi, təcavüz və zorakılıq daxil olmaqla 38 müxtəlif ittihamla Osloda hakim qarşısına çıxarılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Norveç krallığı tarixinin ən böyük qalmaqallarından birini yaşayır.

Vəliəhd Şahzadə Mete-Maritin rəsmi titulu olmayan oğlu, 29 yaşlı Marius Borq Höybinin məhkəməsi paytaxt Osloda gərgin atmosferdə başlayıb.

O, 38 fərqli cinayət ittihamı ilə qarşı-qarşıyadır. Prokurorluq tərəfindən irəli sürülən iddialara aşağıdakılar daxildir:

  • Cinsi zorakılıq: 4 qadına qarşı (onlar huşsuz və ya yuxulu olarkən) təcavüz etmə;

  • Fiziki zorakılıq: Keçmiş sevgililərinə qarşı sistematik şiddət;

  • Təhdid: Ölüm hədələri və bıçaqla silahlı hədə-qorxu;

  • Narkotik: Qanunsuz narkotik vasitələrin dövriyyəsi.

Beynəlxalq medianın böyük marağına görə hakim prosesi ingilis dilində girişlə açıb. Məhkəmə zalında foto və video çəkiliş qadağan edilsə də, Höybinin ittihamları rədd etdiyi bildirilir. O, xüsusilə təcavüz iddialarının əsassız olduğunu müdafiə edir.

Martın 19-na qədər davam edəcək prosesdə 7 zərərçəkmiş şəxs ifadə verəcək. Əgər Höybinin günahı sübuta yetirilərsə, o, 16 il müddətinə azadlıqdan məhrum edilə bilər. Xatırladaq ki, təqsirləndirilən şəxs bir neçə gün əvvəl uzaqlaşdırma qərarını pozduğu üçün yenidən saxlanılmış və 4 həftəlik həbs qətimkan tədbiri seçilmişdi.

Nəsimi Ələsgərli 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05