Kreditim var, ödəyə bilmirəm-Bank nə edə bilər?

media-hightechnic-468x90

banner-imgAzərbaycanda 2 milyon 434 min 759 nəfər kredit götürən şəxs var. Bu o deməkdir ki, ölkədə az qala hər bir ailənin banka az və ya çox dərəcədə borcu var. Bank kreditləri onsuzda cüzi gəliri olan əhalini lap çıxılmaz vəziyyətə salıb. Elə dünən Bərdədə 23 yaşlı gəncin krediti ödəyə bilmədiyinə görə özünü körpüdən asdığının şahidi olduq.

Bəs bundan çıxış yolu nədir? Krediti ödəməsək, son nəticədə bank bizə nə edə bilər?

Yenicag.az saytı olaraq iqtisadçıların bu barədə fikrini öyrənməyə çalışdıq…

Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov qeyd edir ki, krediti qaytarmamağa görə vətəndaşlar cinayət və ya inzibati məsuliyyətə cəlb edilə bilməzlər. Ekspert bildirir ki, bu həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir.

B3EC29BD-0073-434C-803C-BC5E0D8D9D62_cx0_cy31_cw0_mw1024_s_n_r1

 

“Məsuliyyətiniz yalnız mülki ola bilər. Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında ola bilər. Deməli, əmlakınız yoxdursa, kreditin qaytarılması qeyri-mümkündür. Məsələn, adınıza “kupça”lı (sərəncam əsasında yox) daşınmaz əmlak və ya “texpasport”lu (“doverennost”lu yox) avtomobil yoxdursa, faktiki olaraq bank çarəsizdir. Daşınmaz əmlakınızın alınması isə müşkül məsələdir, çünki sizə mənsubiyyətini sübut etmək çətindir. Banklar heç buna girişmir də adətən. Adınıza qeyd edilən əmlak olsa belə, bilin ki, orta səviyyəli hüquqşünas vasitəsilə məhkəmə və icra proseslərini azı 3 il uzada bilərsiz. Yəni bank azı 3 il çarpışmalıdır ki, həmin əmlakı əlinizdən alsın. Həm də ki alıb nə edəcək? Satıb pulunu götürməlidir (satanda elə siz və yaxın adamınız ala bilərsiz). Banka bu sərf etmir. Ona görə də niyyətinizi bilsə, sizə güzəşt edəcək”.

Kredit aylıq gəlirinizdən tutula bilərmi?

“Əgər gəliriniz rəsmidirsə, bəli. Belə ki, əmək müqaviləsi üzrə işləyirsinizsə, məhkəmə qərarı əsasında əmək haqqınızdan bankın xeyrinə aylıq əsasda cüzi məbləğ tutula bilər. Bu da o deməkdir ki, bank 1 illik verdiyi krediti 10 il ərzində geri alacaq. Ona görə də heç nədən qorxmayın. Əvvəllər dediyim ki, krediti alandan sonra siz ağasız, bank qul, siz atdasız, bank piyada. Öz şərtlərinizi diktə edin. Təəssüf ki, bizdə vətəndaşların müflisliyi haqda qanunvericilik yoxdur. Bir çox ölkədə belə qanunvericilik var. Məsələ qaldırmaq lazımdır ki, bizdə də olsun. Bu qanunvericiliyin mahiyyəti ondan ibarətdir ki, krediti qaytara bilməyən şəxs məhkəməyə müraciət edib özünü müflis elan etdirir, bundan sonra ondan heç kəs heç nə tələb edə bilməz”.

Ekspert sonda vətəndaşlara belə bir tövsiyə edib:

“Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən bank borclunun gəlirlərini təsdiq edən sənəd əsasında kredit verməlidir. Yəni həmin sənəd əsasında yoxlamalıdır ki, kredit qaytarıla bilər, yoxsa yox. Hamı bilir ki, bizim banklar bu məsələyə formal yanaşır. Aylıq rəsmi gəliri cüzi olan şəxsə iri məbləğli kreditlər verirlər. Buna görə də məhkəmə prosesləri zamanı sual verin: bank kreditin qaytarılma ehtimalının aşağı olduğu halda krediti niyə verib? Məlumdur ki, İsveçrə banklar ölkəsidir. Amma bu o demək deyil ki, İsveçrə qanunları həmişə bankların tərəfindədir. Əsla! Məsələn, orada belə qanun var: bank krediti verərkən borclunun onu qaytara bilməyəcəyi açıq-aşkardırsa, borclu krediti qaytarmaya bilər. Əlbəttə, biz İsveçrə deyilik. Belə qanunumuz yoxdur. Amma İsveçrədəki kimi banklarımız da yoxdur axı. Mən hətta deyərdim ki, ümumiyyətlə normal banklarımız yoxdur. Buna görə də onlardan qorxmayın”

İqtisadçı ekspert Pərviz Heydərov isə bildirir ki, Kreditin alınması şərtləri mövcuddur. Vətəndaş krediti alarkən həmin şərtlər ilə tanış olur, buna əməl edir və razılaşır.

“Düzdür, bir var təminatlı, bir də var təminatsız kreditlər. Bizdə hər ikisinin faizləri olduqca yüksəkdir.. Ümumiyyətlə isə, əslində istənilən kreditləşdirmədə bütün hallarda təminat vacib şərt olmalıdır. Başqa sözlə, hər cür təminatsız kreditə son qoyulmalıdır. Təminat olmayan yerdə risk maksimum olur. Təminatsız kredit götürmək istəyən bütün növ müştərilərə banklar tərəfindən qadağa qoyulmalıdır. Sözümüz bunda deyil. Məlum olduğu kimi son vaxtlar Mərkəzi Bank tərəfindən ölkədəki banklardan istehlak kreditlərini verən zaman müəyyən məhdudiyyətlər tədbiq edilmişdir. Eləcə də vətəndaşların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsini qeyd edə bilərik. Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə bilir”.

скачанные файлы (4)

 

Ekspert bildirir ki, kreditləşdirmədə girov təminatının möhkəmləndirilməsi sahəsində də bizcə, əlavə müvafiq gücləndirici tədbirlər görülməlidir.

“Ümumiyyətlə, ilk baxışda ölkədə vətəndaşlara verilən kreditlərin geri qaytarılmaması şəraitində banklar tərəfindən onların qoyduqları girovların satışa çıxarılması, müxtəlif növ cərimələrin tədbiqi, hətta cinayət məsuliyyətinə cəlb etmə kimi hallar nəzərdə tutulsa da, real olaraq problemli kreditlərin həcminin 1,3 milyarddan çox səviyyədə təşkil etməsi sözügedən müstəvidə qanunvericilik sahəsində daha sərt tədbirlər nəzərdə tutulmasının vacib olduğunu sübut edir”-deyə iqtisadçı sözlərin əlavə edib.

Kamran Ədalətoğlu

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600