!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kreml baltanı əlinə aldı: "Paşinyanın xaricdəki vəsaitləri ilə bağlı dərc edilən xəbərlər..."

!Reklam – Yazi

“Rusiya Paşinyanı hakimiyyətdən salmaq, yeni seçkilər keçirərək idarəçiliyə rusiyayönümlü şəxs gətirmək istəyir. Atılan bu addım yeni oyundan ibarət ola bilər”.

Bu fikirləri Rusiyanın Ermənistanın Baş naziri Nikol Paşinyanı yola gətirmək üçün ona qarşı açdığı savaşın mümkün nəticələrini dəyərləndirən poiltoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

O, Paşinyanın xaricdəki vəsaitləri ilə bağlı dərc olunan xəbərlərin onun nüfuzuna zərər vermək üçün Rusiya tərəfindən təşkil edildiyini bildirib:

“İki münaqişəli ölkə arasında münasibətləri tənzimləmək üçün müxtəlif platformalarda görüşlər həyata keçirilir. Vaşinqton, Brüssel və Moskva. Lakin Tbilisi platforması da bura aid oluna bilər. Tbilisidə keçirilən görüş mahiyyət etibarilə daha sərfəli idi. Lakin hazırda aktiv deyil. Çünki bildiyimiz kimi, Gürcüstanın hazırda öz problemləri var.

Ermənistanla Azərbaycan arasında münasibətlərin qaydaya düşməsi və sülh müqaviləsinin imzalanması Rusiyanın Cənubi Qafqaz maraqlarına tamamilə ziddir. Çünki münasibətlər tənzimlənəcəyi təqdirdə, Rusiyanın Gümrüdəki ordusu çıxmalı, Qarabağda müvəqqəti fəaliyyət göstərən sülhməramlılar geri qayıtmalıdır.

Təbii ki, erməni mediasında Paşinyanın xaricdəki vəsaitləri ilə bağlı dərc edilən xəbərlər onun nüfuzuna zərər vermək üçün Rusiyanın addımıdır. Rusiya Paşinyanı hakimiyyətdən salmaq, yeni seçkilər keçirərək idarəçiliyə rusiyayönümlü şəxs gətirmək istəyir. Əlavə olaraq, Ermənistanın heç bir zaman dövlətçilik ənənəsi olmayıb. Bu dövləti yalnız kilsə idarə edib. Ermənilər isə panikaya reaksiya verən, söz-söhbətlərdən şou yaradan xalqdır. Yəni bir sözlə, atılan bu addım yeni oyundan ibarət ola bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv