KREMLİN İKİLİ OYUNU: Sülhə çağırış, yoxsa təhlükəli MANEVR?

media-hightechnic-468x90

“Avropanın təhlükəsizlik məsələləri və qitənin gələcək taleyi bu prosesdən birbaşa asılı olacaq.”

Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

media-c7df6f9633ca16ddff1a761ea18ca31a_98544_61-1

O, Avropa üçün Rusiyanın yaratdığı mümkün təhlükələrdən danışıb. Politoloq bildirib ki, Rusiya–Ukrayna müharibəsi fonunda Avropada ciddi terror təhlükələri ilə bağlı narahatlıqlar mövcuddur.

“Fransa Prezidenti Emmanuel Makron dafələrlə çıxış edərək bildirib ki, Avropanın mühüm strateji obyektləri Rusiya tərəfindən qitələrarası ballistik raketlərlə vurula bilər. Avropa üçün belə bir təhdidin mövcud olduğu vurğulansa da, dəfələrlə Rusiya ilə NATO-nun birbaşa hərbi qarşıdurması barədə gərginliyin artdığı hallara şahid olmuşuq. Lakin bu, hələlik baş vermir.

Yaxın dövrdə Rusiyanın belə bir planı yoxdur. Əksinə, müharibənin dayandırılması və BMT çərçivəsində Ukrayna məsələsinin diplomatik yolla həllinə nail olunması əsas niyyət kimi görünür. Bu, həm Moskvada, həm də digər beynəlxalq platformalarda gizlədilmir.

Digər tərəfdən, Makron Avropanın təhlükəsizliyini əsas gətirərək müəyyən gərginliklər və təhdidlərin mövcud olduğunu bildirir. Rusiya–Ukrayna müharibəsinin başa çatmasından sonra da Avropanın təhlükəsizlik məsələləri və qitənin gələcək taleyi bu prosesdən birbaşa asılı olacaq. Çünki Avropa üçün təhlükəsizlik zəmanətlərinin məhz Avropa tərəfindən düşünülməsi vacibdir.

Avropanın təhlükəsizlik sahəsində mövqelərini gücləndirməsi, təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi və bu istiqamətdə birgə fəaliyyəti gələcək dövr üçün əsas prioritet olaraq qalacaq”, – deyə o bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Avropa və Rusiyanın strateji qarşıdurma vəziyyətində olduğunu, həmçinin Avropanın Rusiyanın qitələrarası ballistik raketlərinin təsir dairəsində olduğunu dilə gətirərək narahatlığını ifadə edib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa