Kriminal avtoritet "Həsən" belə tutuldu - Video

media-hightechnic-468x90

Rusiya vətəndaşı olan çeçen cinayətkar Zaur Dombayev Ukraynada tutulub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna polisi məlumat yayıb. 56 yaşlı Dombayev kriminal aləmdə “Həsən” ləqəbi ilə tanınırdı. O, Ukrayna ərazisində qanunsuz olaraq yaşayırdı. Ukrayna polisi, həmçinin, Dombayevin mütəşəkkil cinayətkar qrupunun üzvü olduğunu bildirib.

O, Vışqorod şəhrində saxlanılıb. Saxlanıldıqdan sonra “Həsən” ölkədən deportasiya edilib və Kiyev- Moskva qatarı ilə Moskvaya göndərilib. Dombayevin 3 il müddətinə Ukrayna ərazisinə girişi qadağan edilib. Dombayev, ağır cinayətlər törədən cinayətkar qrupların fəaliyyətinə nəzarət etdirdi.

Onun Ukraynada bir çox cinayətkar dəstəsinin liderləri ilə münasibəti olduğu da müyyən edilib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa